%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba-%d1%8d%d0%ba%d1%80%d0%b0%d0%bd%d0%b0-2016-12-16-%d0%b2-23-34-54

KQB-in reket jurnalisti Asif Mərzili Prezidentin 17 oktayabr tarixli xüsusi sərəncamını saymır !  O, Təzadlar qəzetində dolayısı qanlı banda başçısı Akif Çovdarovun müdafiəsinə qalaxarq yazır: Akif Çovdarov, “MTN necə cinayətkar ola bilər?”
“Son bir həftədə yazılı və elektron KİV-ləri saf-çürük edəndə olduqca narahatlıq doğuran mənzərə ilə rastlaşdım”.Bunu mediaya verdiyi açıqlamada “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili bildirib.Asif Mərzili narahatlıq doğuran məsələlərin hansı olmasına belə aydınlıq gətirib: “Məsələ ondadır ki, ümumiləşdirsəm, demək olar bütün KİV-lərdə, təxminən belə bir başlıqla yazılar dərc olunub və olunmaqdadır: «MTN-nin qanunsuz əməllərə yol verdiyini hamı yaxşı bilir». Hətta adını çəkmək istəmədiyim tanınmış hüquqşünas-vəkillərin aparıcı KİV-lərdə dərc olunan açıqlamalarında yuxarıda qeyd etdiyim sərlövhələr aparıcılıq edir… Bu gün də həmin başlıqlı yazı sərgilənib… Ola bilsin kimlərsə bu cür sərlövhəli yazıları qəsdən yazır və məqsədli şəkildə MTN-nin adını biabır etməyə, gözdən salmağa, ictimai inamsızlıq formalaşdırmağa  səy göstərir. Ola bilsin kimlərsə bunu naşılıqdan, kortəbiilikdən edir… Amma bilmək lazımdır ki, bütün bu yazılar və məlumatlar ictimai diqqət mərkəzindədir. Belə olan halda xalqın onun dövlətinin təhlükəsizliyi etibar olunmuş bir dövlət qurumuna-MTN-ə inamı qala bilərmi? Axı MTN bir idarəetmə aparıtıdır, strukturdur. O necə cinayətkar ola bilər, yaxud qanunsuz əməllərə yol verə bilər??? Bu başqa məsələdir ki, MTN-nin strukturunda cinayət törətmişlər olub… Primitiv formada ifadə etsək, tutaq ki, bir traktorun sürücüsü cinayət törədib, qanunsuzluğa yol verib və s. Yazsaq ki, «Traktor qanunsuz əməllərə yol verib», bu necə anlaşıla bilər? Təəccüblü odur ki, hətta tanınmış hüquqşünaslar və KİV-lər belə dövlət idarəetmə aparatı olan MTN-lə onun strukturlarında oturub qanunsuz işlərlə məşğul olan rəsmiləri-generalları, rəisləri səhv salırlar… Jurnalistlər isə necə gəldi yazır və  «MTN»-lə «MTN-nin əməkdaşları» ifadələrini dəyişik salırlar. Hesab edirəm ki, indiki məqamda, necə ki, dörd tərəfimiz düşmənlə doludur, separatçılıq meyilləri bizi hər an izləyir, düşmən həmişə oyaqdır, belə bir məqamda dövlətimizin, deməli, bizim təhlükəsizliyimizə birbaşa cavabdeh olan bir dövlət qurumunu gözdənsalma kampaniyasına yol verilməməlidir, bunun qarşısı alınmalıdır. Hər halda, hesab edirəm ki, MTN-nin mətbuat xidməti bu məqsədlə xüsusi bəyanat verərək KİV rəhbərini, jurnalistləri bu mövzuda yazarkən diqqətli olmağa çağırmalıdır. Təsəvvür  edirsinizmi, indi məktəbli uşaqlar da «MTN pis işlərlə məşğul olurmuş» deyir. Bunlara son qoymaq, hər şeyi öz adı ilə çağırmaq lazımdır…”

 

 

Print Friendly, PDF & Email