Hüquq-mühafizə orqanları Elşad Abdullayevin Asif Mərzili barəsində səsləndirdiyi ittihamları ən incə detallarınadək araşdırmalıdır Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov və “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili ilə bağlı söylədiyi fikirlər kifayət qədər ciddi məqamlardan xəbər verir.
Capture d’écran 2015-11-18 à 01.47.1512083906_158777591135353_1047084770_n

Belə ki, ABU rektorunun iddiasına görə, adıçəkilən şəxslər adam oğurluğunda, eləcə də MTN-nin zabiti Mahir Abdullayevin yoxa çıxmasında bu və digər formada iştirak ediblər. Məhz elə bu səbəbdən də ölkənin hüquq-mühafizə orqanları Elşad Abdullayevin qeyd etdiyi məqamları ən incə detallarınadək araşdırmalı, ölkədə adam oğurluğu ilə məşğul olan dəstənin ifşa edilməsi istiqamətində zəruri tədbirlərə baş vurmalıdırlar. Məsələnin maraqlı tərəfi ondadır ki, ABU rektoru Asif Mərzilini Akif Çovdarovla iş birliyində ittiham etsə də, onun Mahir Abdullayevin yoxa çıxması ilə bağlı yetərincə informasiyaya sahib olduğunu bəyan etsə də, “Təzadlar” qəzetinin baş redaktoru bununla bağlı açıqlama vermədən heç nə olmamış kimi öz fəaliyyətini davam etdirir. Təbii, bu da öz növbəsində, şübhələri bir qədər də artırır. Çünki Elşad Abdullayev onun barəsində kifayət qədər ciddi ittihamlar səsləndirib. Bu səbəbdən də qarşı tərəf nəyin bahasına olursa-olsun cavab verməli, hüquq-mühafizə orqanları isə məsələni araşdırmalıdırlar. Çünki burada söhbət insan taleyindən gedir… Beləliklə, “Təzadlar” və qəzetin baş redaktoru Asif Millət oğlu Məmmədov (Asif Mərzili-red.) məqsədli və qərəzli olaraq Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın maraqları çərçivəsində qanlı bandanın dili ilə danışan “cəfakeş qəzetçi”dir” deyən Elşad Abdullayevin sözlərinə görə, Asif Mərzilinin bütün yazıları əsas cinayətkarı gizlətmək, cəmiyyəti caşdırmaq, zərərçəkmişi təzyiq altında saxlayıb susdurmağa xidmət edir: “Onun yazıları həqiqətə uyğun deyil. Asif Mərzili vasitəsi ilə MTN mənimlə oğru-kriminal dillə danışır. MTN baş vermiş cinayəti həll etmək və mənə cavab vermək əvəzinə qəzetçi Asif Mərzili vasitəsi ilə cavab verir. “Təzadlar” qəzetini MTN-in “sarı mətbuat xidməti” hesab edirəm. MTN ağır cinayətləri adiləşdirmək məqsədi ilə mütəşəkkil cinayətkar təşkilata qarşı deyil, zərərçəkmişin üstünə gedir. O, zərərçəkmişə qarşı müxtəlif kriminal təzyiq metodlarından istifadə edir. MTN “Təzadlar” qəzeti vasitəsi ilə mənimlə “oğru” dilində danışır”.

 

“Gündəlik Bakı” Baxış sayı: 476 Tarix:18-11-2015
Daha Ətraflı: http://gundelik-baku.com/index.php?newsid=25879
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir

 

 

Print Friendly, PDF & Email