Снимок экрана 2017-01-28 в 3.11.54

Dünən tanınmış psixoloq Dəyanət Rzayevin intihar etməsi barədə yayılan xəbər gündəmin əsas mövzusuna çevrilib. Bununla yanaşı, cəmiyyətdə bir ruh düşkünlüyü yaranıb: psixoloqlar da intihar edirsə, vəziyyət gərgindir deyə… Eyni zamanda, psixoloqu qınaq hədəfinə çevirənlər də az deyil.

Xəbər365.com bu barədə Dəyanət Rzayevin həmkarı və dostu psixoterapevt Elmir Əkbərlə söhbətləşib.

– Elmir bəy, əslində, statistik məlumata görə, dünyada ən çox intihar edən peşə sahibləri psixoloqlardır. Bəs niyə bizdə elə düşünürlər ki, psixoloqun heç bir problem ola bilməz, yaxud bütün çətinliklərə tab gətirəcək qədər güclü olmalıdır?

– Elə deyil, psixoloqun da, psixoterapevtin də probemləri olur. Amma biz ildə bir neçə dəfə superviziyalar keçiririk və bir neçə dəfə də şəxsi terapiya və analizlərdən keçirik. Biz öz durumumuzu daim nəzarətdə saxlayırıq. Heç kim bizim dərdimizi çəkməsin. Özləri günah sahibi olanlar bu gün Dəyanəti günahkar çıxarırlar. O intihar etsə belə, heç nə yox, onun küçədə bəslədiyi pişiklərin duası Dəyanətə bəsdir. Ancaq əminliklə deyirəm ki, o, intihar etməyib, onun psixi durumunda problem yox idi, peşəsinə münasibəti də çox sayğılı idi.

– Hansı əsasla bu qədər əminliklə danışırsınız?

– Bilirsiniz, intiharda bir neçə hal var. Mən Tibb Universitetini bitirmişəm, psixiatriya təhsilim də var, psixoterapevtəm. Çox gözəl bilirəm ki, hansı hallar intihara zəmin yaradır. Dəyanət o psixiatrik xəstəlik durmunda deyildi. Təbii ki, ağır ruhi pozuntusu olmayan insanlarda da biz intihara rast gəlirik. Amma Dəyanətin yaşamaq eşqi, mənası, hədəfi var idi. Sağlam insanlar hədəfi itirəndə intihar edirlər. Dəyanəti yaxından tanıyan insanlar bir neçə faktdan mənim nə demək istədiyimi anlayacaqlar. Dəyanət ən son puluna belə küçə pişikləri üçün yem alır, qapı-qapı gəzərək onları paylayırdı. Yaşlı nənələr var idi ki, itinə, pişiyinə yemək ala bilmirdi. Hər həftə onlar üçün yemək alıb çatdırırdı. Onu qınayırdıq ki, heyvanları insanlardan çox istəyir. Amma o, daha humanist idi, nəinki biz. O daha dürüst idi, sözünü açıq deyən idi, nəinki biz. Onun vətəndaş mövqeyi peşə çərçivəsindən çıxırdı. Dəyanət fikirləşmirdi ki, bu sözü deyərəm, bundan ötrü mənim başım ağrıyar. O deyirdi ki, bu haqsızlıq olub və açılıb deyilməlidir. Elə o dilinin bəlasına düşdü və başına bu hadisə gəldi. Çünki onun üçün indiki dövr planlarını həyata keçirmək üçün çalışdığı dövr idi. Dəyanət necə sıxıntılar yaşadı, intihar eləmədi, indi intihar elədi?

– Necə insan kimi xarakterizə edərdiniz onu?..

– Melanxolik insan idi. 10 il ərzində daim şikayətlənirdi, konfliktləri olurdu. Səlahiyyət sahibləriylə sözü düşürdü. Bu, onun tepmeramenti idi.  Bu, o demək deyil ki, o, bədbin  insan idi, sadəcə insanların davranışından inciyirdi. Sıxıntıları olanda isə əvəzində haqqı tapdalanan insanların və heyvanların müdafiəsinə qalxırdı. Bu cür indsan idi o. Melanxolik olması o demək deyil ki,  intihar edib. O, bədbinliyə qapılanda belə, çarəni insanlıqda görürdü, özünə qəsddə yox…

– O hansısa məsələdə haqq səsini ucaltdığına görə təzyiqə məruz qalırdımı, bu barədə söz açırdımı heç? Bu, onu intihar həddinə çatdıra bilərmi?

– Məgər Dəyanət birinci insandırmı ki, aqressiyayla üzləşir? Bakıda nə qədər psixoloqlar təhdidlə üzləşib, üzləşir. Adamlar var ki, sümüyünü sındırana qədər döyüblər. Hər il nə qədər həkim və psixoloq vandalizmin qurbanı olur. Mən başa düşürəm, məsələni ictimaiyyətə intihar kimi təqdim etmək istəyənlərin niyyəti odur ki, qoy Dəyanətin ailəsi də təhlükəylə üz-üzə qalmasın, insanlar arasında ajiotaj, panika yaranmasın. Amma yaddan çıxarırlar ki, belə olanda Dəyanətin peşəkar ləyaqəti ləkələnir. Onun ruhu üçün bu, daha ağırdır. Onu sevən hər kəs bu gün hiddət içindədir. Dəyanətin sağlığında saymadığı adamlar indi onu əqli qüsuru olan insan kimi təqdim edirlər. Ancaq qətiyyən belə deyil. Onun haqqında qeyri-etik, yanlış fikirlər səsləndirilməyə davam etsələr, biz onları necə susdurucağımızı yaxşı bilirik.

Mənim də bir vaxtlar belə ictimai sıxıntılarım olub. Mənə də vəhabilər, dindar insanlar təzyiq edirdilər. Bunu kimlər işıqlandırırdı? Həqiqətə xidmət edən çox az mətbuat adamı var. Bu məsələni sifariş əsasında elə formada çatdırırlar ki, çox eybəcər görünür. Bu hadisə elə bil bir ssenari idi, üstü açılan kimi hamı ortaya çıxıb şərh verdi. Biri əvvəlini dedi, bir ortasını, birini sonunu, sanki bir səhnəcik düzəldilib cəmiyyətə göstərildi. Yəni qoy hamı inansın ki, Dəyanət şüurunu itirib, özünə qəsd eləyib. Onun intihar etdiyini deyənlər öyrədilmiş adamlardır. Ancaq vaxtında Dəyanətin gileyi, narazılığı eşidilsəydi, bu gün başına bu hadisə gəlməzdi.

– Onun  bu yaxınlarda ailəsinin dağılmasının da əhvalına təsir etdiyini deyirlər…

– Bəli, Dəyanətin ailəsi dağılmışdı. Həyat yoldaşı Nüşabə xanım gözəl insan idi, amma onlarda alınmadı. Ancaq bu, Dəyanət üçün həyatının səmtini itirəcək bir hadisə deyildi. O, övladlarının məsuliyyətini hiss eləyirdi. Boşansalar da, keçmiş həyat yoldaşı ilə çox yaxşı münasibətləri var idi, mədəni şəkildə… Boşanmaq söhbəti bu günün söhbəti deyil ki… O, özü üçün yaşamasa da, yaşamağa çoxlu səbəbləri var idi. Tam əsasla deyirəm ki, o, özünü öldürməzdi.

Hətta onu heyvanların taleyi də düşündürürdü. O da belə insan idi. O, kimlər üçünsə yaşayırdı, onları unutmurdu. Pişiklərin belə o qədər qeydinə qalırdı ki, onları kiminsə ümidinə buraxıb ölməyi düşünməzdi. Onun özünü öldürməsi fikri cəfəngiyyatdır. Bu məsələni yaxşı araşdırsınlar. Mən buna heç cür inanmıram. Çünki məntiqlə düşünəndə intihara əsas olmalıdır. O əsas yoxdur. İntihar edibsə, sübut gətirilsin. Gah dedilər özünü atıb, gah dedilər ki, özünü kəmərlə asıb. Bütün bunlar Dəyanətin ruhuna hörmətsizlikdir.

– Onunla söhbətiniz nə barədə olurdu, başqa hansısa problemlərindən söz açırdımı?

– Xatırlayıram ki, onun ev problemi olmuşdu. Hansısa varlı biznesmen onarın evi yerləşən ərazidə bina tikdirirdi, Dəyanət də bu barədə açıq-aşkar sözünü deyirdi və buna görə onun incidirdilər. O vaxt media mənsubları heç onun problemini dinləmək belə istəmirdilər. Məmurlarla probemi olurdu həmişə. Hər yerdə onları tənqid edirdi, etirazını, narazılığını bildirirdi. Biz deyirdik ki, özünü, ailəni fikirlərş, danışma bunları. Amma onu vətəndaş mövqeyi, haqq-ədalət daha çox maraqlandırırdı. Yaxından tanıyan hər kəs bilir ki, bu ölüm də onun danışdıqlarına görə cəza idi. Bəlkə də, vaxtında onun yanında olmalıydıq ki, belə olmasın. Qoymazdıq bu şəkildə danışsın, o müsahibələri versin. Nə bilim…

– Elmir bəy, bəs onunla son görüşünüzü, son söhbətinizi necə xatırlayırsınız?

– Mən təhsilimlə bağlı ötən il yazın əvvəlindən müxtəlif ölkələri gəzirdim. Mütəmadi olaraq Azərbaycanı tərk edirdim. Ünsiyyət qurmağa çox vaxtımız olmurdu. Arada müəyyən görüşlərdə rastlaşırdıq. Sonuncu dəfə məndən Flora Kərimovanın “Bakının gecəsi” mahnısının mp3 variantını istəmişdi. Dəyanəti də, aiəsini də 10 ildir tanıyıram, onunla münasiətimiz kifayət qədər səmimi idi ki, onun haqqında əminliklə nəsə deyə bilərəm. Mənə dünən bu barədə yazanda heç cür çatmadı, bir an belə ağlıma gəlmədi ki, o, intihar edə bilər. Bu məsələ məsuliyyətlə, vicdanla araşdırılmalıdır. İcraçının və sifarişçinin kim olmasından asılı olmayaraq… Ümid edirəm ki, o şəxs tapılar. Amma tapılsa belə, yenə olan Dəyanətə oldu…

Bax:

http://xeber365.com/article/155/44121/Elmir_%C6%8Fkb%C9%99r:_%E2%80%9CD%C9%99yan%C9%99ti_dan%C4%B1%C5%9Fd%C4%B1qlar%C4%B1na_g%C3%B6r%C9%99_bu_c%C3%BCr_c%C9%99zaland%C4%B1rd%C4%B1lar

 

Avropaninsesi.com
28.01.2017
Daha ətraflı:
1.Əminəm ki, Psixolq Dəyanət Rzayevi Gülər Əhmədovanın sifarişilə qətlə yetirilib ! – Elşad Abdullayev
http://avropaninsesi.org/%C9%99min%C9%99m-ki-psixolq-d%C9%99yan%C9%99t-rzayevi-gul%C9%99r-%C9%99hm%C9%99dovanin-sifarisil%C9%99-q%C9%99tl%C9%99-yetirilib-elsad-abdullayev/
 2. Psixoterapevt Elmir Əkbər: “Dəyanət Rzayev intihar etməyib, öldürülüb” – İddia
http://avropaninsesi.org/psixoterapevt-elmir-%C9%99kb%C9%99r-d%C9%99yan%C9%99t-rzayev-intihar-etm%C9%99yib-oldurulub-iddia/
3. Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
http://avropaninsesi.org/elmir-%C9%99kb%C9%99r-d%C9%99yan%C9%99ti-danisdiqlarina-gor%C9%99-bu-cur-c%C9%99zalandirdilar/
4.Həci xanım Gülər Əhmədova Ramiz Mehdiyev haqqında kodlu həcv yazdı: Bu ellər, obalar tanıyır səni, cırıq şalvarını, yoxsul daxmanı
http://avropaninsesi.org/h%C9%99ci-xanim-gul%C9%99r-%C9%99hm%C9%99dova-ramiz-mehdiyev-haqqinda-kodlu-h%C9%99cv-yazdi-bu-ell%C9%99r-obalar-taniyir-s%C9%99ni-ciriq-salvarini-yoxsul-daxmani/

 

 

 

 

Print Friendly, PDF & Email