12083906_158777591135353_1047084770_nimages (4)
Biz Vətənə, xalqa, dövlətə xidmət edirik, bəs sən kimə? Rəsul Quliyevin təsirində olan adamın danışmağa haqqı varmı? Ölkəmizdə söz və mətbuat azadlığı var. Bu sahənin adamlarının rahat, sərbəst fəaliyyət göstərə bilmələri üçün hər cür şərait yaradılıb. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Amma onların arasında sözünün kəsəri, geniş oxucu auditoriyası olanların sayı azdır. «Təzadlar» adlı bir qəzet var. Səhv etmirəmsə, gündəlik nəşr olunur. Bu qəzetin nəyə və kimə qulluq etməsi bilinmir. Hər gün birinin adı altında çıxış edən qəzetin baş redaktoru Asif Mərzilidir kimdir ağlına gələni danışır, oxucu kütləsi olmayan qəzetində bizim barəmizdə nə gəldi yazır. Hansı ki, onun qəzetinə «göz» qoyan yoxdur. Rəsul Quliyev və Rizvan Vahabovdan başqa. Ataların məşhur bir məsəli var. Etika xətrinə demirəm. Yəqin Asif Mərzili bildi hansı məsəli nəzərdə tuturam. Həqiqətən də, onun və rəhbərlik etdiyi «Təzadlar» qəzetinin kimə vəkillik etdiyini bilmək olmur. Qəzet bir gün Azərbaycanın əleyhinə olmazın işlər törətmiş, ümummilli lider Heydər Əliyevin siyasi iradəsinə qarşı çıxmış Rəsul Quliyevin mövqeyini müdafiə edir, bir gün keçmiş Yanacaq Komitəsinin sabiq sədri, iş adamı Rizvan Vahabovu müdafiə edir, bir gün də Xətainin icra başçısı Razim Məmmədovun əlinin altından keçir. Ə adamın bir sifəti olar e. Yaxın keçmişə nəzər salanda görürük ki, Asif Mərzili özü Rizvan Vahabovu şantaj edib. Onu ermənilərə yanacaq satmaqda suçlayıb. Bəlkə səhvdi MƏRZİLİ? Sən heç özün də kimin əlinə oynadığını bilmirsən. Buna baxmayaraq, sənin əlinə nətər lazımdırsa oynayırlar. Asif Mərzili, deyirsən ki, «Gündəlik Bakı» Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovdan 6 ildir yazır. Bəs nə etməliyik? Adıçəkilən icra başçısı rayonda fəaliyyət göstərən sahibkarlara aman vermir, Heydər Əliyevin əkdiyi ağacları kəsir. Göz yummalıyıq? Nə oldu bir vaxtlar Razim Məmmədovla «Gündəlik Bakı»nın məhkəmə çəkişməsində bizim tərəfimizdə idin. İngilis bayrağı kimi o yana-bu yana əsmə. Kişinin bir sifəti olar, bir. Biz fəaliyyətindəki nöqsanlara görə Razim Məmmədovu sağlam şəkildə tənqid edirik. İndi Razim Məmmədovu çox istəyən çıxmısan? Adama deyərlər, səni … adı nədir? Yazırıq, lap yaxşı edirik. Bundan sonra da yazacıq. Sən də neçə illərdir bəzi adamlardan yazırsan. Bəs buna nə ad qoyaq? Hə, ay Asif Mərzilisən nəsən??? ABU-nun sabiq rektoru Elşad Abdullayevlə 4 saatlıq söhbəti nə tez yaddan çıxarmısan? Danışanda dilin topuq vururdu, bir sözü 50 dəfə deyirdin. Nədi indi bomba oğlan çıxmısan? Ağlını başına yığ, Mərzili. Yığa bilmirsənsə, biz səni başqa formada başa salarıq. «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyevdir. Hamı onu da yaxşı tanıyır, səni də. Habil Vəliyev bu Vətən, prezident, xalq üçün canını verər. Bunu Birinci Qarabağ döyüşlərində könüllü iştirakı ilə sübut edib. Bəs sən bu Vətən üçün nə etmisən? Asif Mərzili sən Rəsul Quliyev kimi satqınların, Azərbaycanın əleyhinə iş görənlərin təsiri altındasan. Onun çaldığı havaya oynayırsan. Bizim Rizvan Vahabov və Rəsuli Quliyev haqqında yazdığımız məqalə ilə bağlı Rəsul Quliyevdən münasibət öyrənirsən. Səni buna vadar edən nədir? Başqa məqalələrimizlə bağlı kimlərdənsə niyə münasibət öyrənmirsən? Mən bir məsələni xüsusi qeyd etmək istəyirəm. Hamıya məlumdur ki, OMON-un komandiri Rövşən Cavadovun ətrafına satqınlar yığışmışdı. Onların ən bariz nümunələrindən biri də Asif Mərzilidir. «Təzadlar» qəzetinin əsas təsisçisi Rövşən Cavadov idi. Asif Mərzili isə onun necə deyərlər, «sillə vuran»ı idi. Rövşən Cavadovun ölümündən sonra Mərzili qəzetə sahibləndi, onu-bunu şantaj etmək yolunu tutdu. Asif Mərzili, məlum hadisə ilə bağlı bir dəfə həbsə atılmısan. Bax, bu dəfə dəmir barmaqlıqlar arasına girsən, ordan çıxmağın çətin olacaq. Odur ki, ağlını başına yığ. Habil Vəliyev sənin üstünə qışqırsa, qorxudan birtəhər olarsan. Bir də ki, kişidən kişi səsi çıxar. Bəziləri danışanda arvad, yaxud kişi olduğunu ayırd edə bilmirsən.

gundelik-baku.com
– See more at: http://xalqxeber.az/cemiyyet/26659-aglini-bashina-yig-asif-merzili.html#sthash.aLmK7KJv.dpuf
Print Friendly, PDF & Email